Qubada beynəlxalq şahmat festivalına start verilib
18.07.2025 - 13:28
Qubada beynəlxalq şahmat festivalına start verilib

Qubada beynəlxalq şahmat festivalına start verilib.

Apasport.az xəbər verir ki, "Guba Open" festivalında 10 ölkədən 266 şahmatçı mübarizə aparır.

A turnirində 44 şahmatçı, B turnirində isə 222 iştirakçı qeydiyyatdan keçib.

"Guba Open" turnirində Almaniya, İsrail, Küveyt, Ukrayna, Latviya, Türkiyə, Gürcüstan, Şimali Makedoniya və Hindistandan olan şahmatçılar qatılıb.

Qeyd edək ki, "Guba Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir.