8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Müxtəlif yaş kateqoriyalarında Kənan Babasoy, Mələk Əsədli (8 yaşadək), Atilla Orman, Mehriban Əhmədli (10 yaşadək), Nurlan Əzizli, Fatimə Mirzəliyeva (12 yaşadək), Paşam Əlizadə, Səadət Bəşirli (14 yaşadək), Rüstəm Rüstəmov, Ayan Hüseynli (16 yaşadək), Rəvan Uguzov, Nurtən Nuriyeva (18 yaşadək) birinci olublar.
Çempionatın bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qalibləri təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, yarışda 136 şahmatçı mübarizə aparıb.
- Elhad Nəziri: “Futbolçular bu hesaba görə mənə cavab verəcəklər”
- “Əl-Hilal” Benzema ilə bağlı qərarını verib - RƏSMİ
- Klublarımızın Çempionlar Liqasındakı rəqibləri bəlli olacaq
- Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcəklər
- "Qəbələ" Futbol Akademiyasının futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar təşkil olunub