Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasından apasport.az-a verilən məlumata görə, “Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsus olub. Şahmatçı 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.
Festivalın “Futures” turnirində birinci yerə Aqşin Əlizadə layiq görülüb. Yekunda 7,5 xal toplayan Azərbaycan təmsilçisi əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb.
Turnirdə üçüncü yeri aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.
- Qubada cüdo məşqçiliyi ixtisası üzrə xüsusi dərslər başlayıb
- “Arsenal” Avropa çempionunu istəyir
- Komandalarımızın UEFA Konfrans Liqasında potensial rəqibləri müəyyənləşib - YENİLƏNİB
- Adil Şükürov: "Lazımsız vərəqə almaq oyunun konsentrasiyasını itirməkdir"
- Berdıyev "Kəpəz"in futbolçusunu komandasında istəyir - Özəl