
Kərim Benzema 50 il əvvəlki nailiyyəti təkrarlayıb.
Apasport.az saytı xəbər verir ki, “Real”ın hücumçusu "Nou Kamp"da keçirilən İspaniya kubokunun 1/2 final mərhələsinin “Barselona” ilə cavab oyununda (0:4) het-trik etməklə, bunu rəsmiləşdirib.
35 yaşlı fransalı futbolçu 28 ildən sonra “El-Klassikoda” 3 qol vuran futbolçu kimi adını tarixə yazdırıb. 50 il əvvəl - 27 yanvar 1963-cü ildə “Nou Kamp”dakı qarşılaşmada isə Ferens Puşkas het-trik edən ilk “madridli” olub.
Qeyd edək ki, bu iki əzəli rəqibin duelində rəqib qapısına 3 qol vuran son “Kral klubu” təmsilçisi İvan Zamoranodur. Çilili forvard 7 yanvar 1995-ci ildə “Santyaqo Bernabeu”dakı oyunda 3 dəfə adını tabloya yazdırıb.
- Taekvondo üzrə yeniyetmələrdən ibarət millimiz toplanışa başlayıb
- Tarik Elyunissi: "Qarabağ"ın Norveçdə qələbə qazanması sürpriz olmadı"
- “Səbail”in legioneri: “Mövsümün əvvəlində heç kim buna inanmırdı” - Müsahibə
- "Neftçi"nin yenilənmiş stadionu təqdim edilib - VİDEO
- Paris-2024: Parataekvondoçumuz bürünc medal uğrunda görüşə çıxacaq