İsveçrə 72 ildən sonra 1/4 finalda - Tarixi uğur
08.07.2026 - 03:58
İsveçrə 72 ildən sonra 1/4 finalda - Tarixi uğur

İsveçrə millisi 72 ildən sonra futbol üzrə dünya çempionatının 1/4 finalına yüksəlib.

Apasport.az xəbər verir ki, Murat Yakının komandası DÇ-2026-nın 1/8 finalında Kolumbiyanı penaltilər seriyasında məğlub edərək tarixi uğura imza atıb.

Beləliklə, İsveçrə yığması 1954-cü ildən sonra ilk dəfə mundialın ən güclü səkkiz komandası sırasında yer alıb.

Qeyd edək ki, İsveçrə bundan əvvəl dünya çempionatlarında 1934, 1938 və 1954-cü illərdə də 1/4 finala yüksəlmişdi.

1934-cü ildə Çexoslovakiyaya (2:3), 1938-ci ildə Macarıstana (0:2), 1954-cü ildə isə ev sahibliyi etdiyi mundialda Avstriyaya 5:7 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.