Konqonun tarixi qolu - Vissa ilkə imza atdı
17.06.2026 - 22:14
Konqonun tarixi qolu - Vissa ilkə imza atdı

Demokratik Konqo Respublikası millisinin futbolçusu Yoan Vissa ölkəsinin tarixinə düşüb.

Apasport.az xəbər verir ki, hücumçu DÇ-2026-nın qrup mərhələsində Portuqaliya ilə oyunda fərqlənib.

Vissanın qolu Demokratik Konqo Respublikasının Dünya Kubokları tarixində ilk qolu kimi qeydə alınıb.

Qeyd edək ki, Demokratik Konqo Respublikası 1974-cü ildə Zair adı ilə Dünya Kubokunda iştirak edib.

Ölkə 1997-ci il mayın 17-dən Zair adlanmır və indiki adı ilə tanınır.

Zair həmin mundialda Şotlandiyaya 0:2, Yuqoslaviyaya 0:9, Braziliyaya isə 0:3 hesabı ilə uduzub və qol vura bilməyib.