Mərakeş millisi DÇ-2026-da tarixi uğura imza atıb.
Apasport.az xəbər verir ki, komanda 1/8 finalda Kanadanı məğlub edərək 1/4 finala yüksəlib.
Bununla Mərakeş dünya çempionatları tarixində bir dəfədən çox 1/4 finalda oynayan ilk Afrika ölkəsi olub.
Mərakeş daha əvvəl DÇ-2022-də də 1/4 finala yüksəlmişdi. Həmin turnirdə komanda 1/8 finalda İspaniyanı penaltilər seriyasında keçmiş, 1/4 finalda isə Portuqaliyaya 1:0 hesabı ilə qalib gələrək yarımfinala çıxmışdı. Mərakeşin həmin mundialdakı yolu yarımfinalda Fransa qarşısında başa çatmışdı.
Qeyd edək ki, Mərakeş DÇ-2026-nın 1/4 finalında Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.
- Regekampf Türkiyə toplanışını dəyərləndirdi - VİDEO
- “Mançester Yunayted” 15 futbolçunu yola salmağa hazırlaşır
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ
- DÇ-2022: Fransa millisində növbəti itki
- Skaloni: “Burada olduğum müddətdə Messi həmişə oynayacaq”