Türkiyəli futbolçu Enes Ünal La Liqanın tarixinə düşüb.
Apasport.az saytı xəbər verir ki, “Xetafe”nin 25 yaşlı hücumçusu “Selta” ilə qarşılaşmada ikiqat sevinc yaşayıb.
Matçın üçüncü dəqiqəsində penaltidən vurduğu qolla komandasına vacib qələbə qazandıran Enes həm də İspaniya çempionatındakı oyunlarının sayını 196-ya çatdırıb. O, bununla da La Liqada oynayan türkiyəli futbolçuların rekordunu yeniləyib.
Ünal oyun sayında lider olan həmyerlisi Nihat Kahvecini qabaqlayıb. Türkiyə millisinin sabiq futbolçusu 2002-09-cu illərdə “Real Sosyedad” və “Vilyarreal” klublarında 195 matça çıxıb.
- Luiş Fiqu dünya rekordu vurdu, Ginnesin kitabına düşəcək - VİDEO
- 1/8 finalın ilk cütlüyü müəyyənləşdi
- Elvin Məmmədov: “Oyunçuları matça kökləmək çətindir”
- Dünya çempionatında daha 3 çəkidə qaliblər müəyyənləşdi - FOTOLENT
- Sabiq “Ferensvaroş”lu: “Qarabağ”ın futbolçuları fərdi olaraq çox bacarıqlıdır”