Pepe dünya futbol tarixinə düşdü
06.12.2022 - 23:52
Portuqaliya millisinin müdafiəçisi Pepe dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə qarşılaşmada qol vurmaqla tarixə düşüb.
Apasport.az xəbər verir ki, bununla da əslən Braziliyadan olan mərkəz müdafiəçisi dünya çempionatının pley-off mərhələsində qol vuran ən yaşlı oyunçu ünvanına sahib çıxıb.
O hazırda 39 yaş 9 aylıqdır.
Pepe, həmçinin bu qolla 37 yaşlı Kriştianu Ronaldonu da geridə qoyaraq Portuqaliyanın dünya çempionatı tarixində qol vuran ən yaşlı futbolçusu olub.
- Avropa Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu
- Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir
- “Zirə” Premyer Liqanı bürünc medalla bitirdi - İLK
- “Siti” “Milan”ın yarımmüdafiəçisi ilə maraqlanır
- Samir Əliyev yığmanın baş məşqçisi təyin olundu - Hakimlər Komitəsində yeni sədr
0
0