Qvardioladan Çempionlar Liqasında rekord nəticə
20.04.2023 - 01:52
Pep Qvardiola baş məşqçi kimi 10-cu dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Apasport.az xəbər verir ki, bu, məşqçilər arasında rekord sayılır. Onun ən yaxın izləyicisi Madrid "Real"ının baş məşqçisi Karlo Ançelottidir. İtalyan məşqçi 9 dəfə Avropa bir nömrəli klub turnirinin yarımfinalını məşqçi kimi görüb.
Həmçinin, “Mançester Siti” ardıcıl 3-cü il Çempionlar Liqasının yarımfinalına yüksəlib. Bundan əvvəl İngiltərə klubları arasında bunu etməyi yalnız “Çelsi” və “Mançester Yunayted” bacarmışdı.
- Füzuli Məmmədov: “Hakimlər bizim matçlarda çox diqqətli olsunlar”
- “Liverpul”da yeni müqavilə - 3 illik razılaşma əldə olundu
- "Araz-Naxçıvan" braziliyalı yarımmüdafiəçi ilə yollarını ayırıb - rəsmi
- Ceyhun Sultanov: “Neftçi” hələ öz baş məşqçisini tapmayıb”
- Voyislav Stankoviç: "Samir Abasov Azərbaycanın ən yaxşı məşqçilərindən biridir"
0
0