Ronaldodan böyük üstünlük
                    
                    28.04.2023 - 14:00
                        
                    
                    Penaltidən ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in hazırladığı cədvələ Kriştiano Ronaldo başçılıq edir.
Portuqaliyalı yığma və klub karyerasında 151 dəfə 11 metrlik nöqtədən qol vurub. O, ən yaxın izləyicisini 37 top qabaqlayır. Futbol tarixində 5 oyunçu 100-dən artıq penaltini dəqiq yerinə yetirib.
1. Kriştiano Ronaldo (Portuqaliya) - 151
2. Romario (Braziliya) - 114
3. Ronald Kuman (Niderland) - 113
4. Lionel Messi (Argentina) - 108
5. Roberto Bacco (İtaliya) - 100
                                
                                0
                                
                                0