Ronaldodan növbəti REKORD
24.03.2023 - 10:17
Kristiano Ronaldo daha bir rekord müəyyənləşdirib.
Apasport.az saytı xəbər verir ki, Portuqaliya millisinin 38 yaşlı kapitanı buna AVRO-2024-ün seçmə mərhələsinin Lixtenşteynlə (4:0) matçına start heyətində çıxmaqla nail olub.
“Cırtdanlar”la görüşdə superulduz yığmadakı oyunlarının sayını 197-yə çatdırıb. O, bu göstərici ilə milli komandalar səviyyəsində qarşılaşmaların sayına görə küveytli rekordçu Bader Al Mutavanı qabaqlayıb. Sonuncu yığma ilə 196 matçda meydanda olub.
Qeyd edək ki, Ronaldo Lixtenşteynlə matçda 2 qol vurub.
- Ukraynalı futbolçular baş məşqçini paltardəyişmə otağından qovdular
- Rati Ardazişvili: "Aptsiauri “Kəpəz”də Toni Kroos kimi ola bilər, çünki bu cür bacarığı var"
- Millimizin üzvü: “Yorğun olsaq da, əhval-ruhiyyəmiz yaxşıdır"
- AAF-ın növbəti iclası keçirilib
- Millimiz AVRO-2025-in seçmə mərhələsinə yanvarda başlayacaq
0
0