Seneqal tarix yazdı - Bunu edən ilk Afrika komandası oldu
27.06.2026 - 04:06
Seneqal tarix yazdı - Bunu edən ilk Afrika komandası oldu

Seneqal millisi DÇ-2026-da tarixi göstəriciyə imza atıb.

Apasport.az xəbər verir ki, Afrika təmsilçisi İraq üzərində 5:0 hesablı qələbə sayəsində dünya çempionatları tarixinə düşüb.

Belə ki, Seneqal mundial tarixində bir oyunda 5 qol vuran ilk Afrika millisi olub.

Buna qədər Afrika təmsilçilərinin ən yüksək göstəricisi 4 qol idi. Bu nəticəyə Kamerun (2002-ci ildə Səudiyyə Ərəbistanına qarşı), Əlcəzair (2014-cü ildə Cənubi Koreyaya qarşı) və Mərakeş (2026-cı ildə Haitiyə qarşı) imza atmışdı.

Qeyd edək ki, Seneqal İraqı 5:0 hesabı ilə məğlub edib və I qrupunu 6 xalla 3-cü pillədə başa vurub.