Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
18.06.2026 - 15:27
Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq

18-20 iyun tarixlərində Çexiyanın Ostrava şəhərində parastolüstü tennis üzrə beynəlxalq turnir keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilir ki, yarışda ölkəmizi 10-cu kateqoriya üzrə yeniyetmə paralimpiyaçılarımız Dinara Sunçeleyeva və Raul Əsədov təmsil edəcəklər.

Paralimpiyaçılarımız turnirdə məşqçi Əkbər Qubuşovun rəhbərliyi altında mübarizə aparacaqlar.