Stolüstü tennisçilərimiz Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər
17.09.2025 - 22:09
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Gürcüstanda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yığma üzvləri məşqçilər Elnur Hidayətzadə və Billurə Eminovanın rəhbərliyi ilə Batumidə naş tutacaq "WTT Youth Contender" turnirində mübarizə aparacaqlar.
Təmsilçilərimizdən Sofiya Trofimenko, Mehin Mirzəbalayeva, Xədicə Babazadə, Yasəmən Həbibova, Mehri Aslanzadə, Zərbah Muradov, Vaqif Babayev, Mirilkin Yusubov, Əliəkbər Mirzəliyev və Cəfər Almədədli qalib adı uğrunda yarışacaqlar.
Sabah start veriləcək yarışa sentyabrın 21-də yekun vurulacaq.
- "Adriatik incisi" beynəlxalq turniri: Azərbaycandan 9 boksçu yarışacaq
- IV MDB Oyunlarının ev sahibi müəyyənləşdi – Yarış Qırğızıstanda keçiriləcək
- Zümrüd Ağayeva Avropa çempionatının oyununa təyinat alıb
- "Mançester Yunayted"dən inamlı qələbə, "Brayton" kubokla vidalaşdı
- "Tottenhem"dən böyükhesablı qələbə, Mançesterdə qalib müəyyənləşmədi
0
0