Stolüstü tennisçilərimiz Türkiyəyə yollanıblar
10.04.2024 - 17:23
15 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yola düşüb.
Apasport.az xəbər verir ki, Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesirdə təşkil olunacaq “Türk Dövlətləri” beynəlxalq təlim-məşq toplanışı və dostluq yarışında iştirak edəcək.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançılarının qatılacaqları təlim-məşq toplanışı və yarışı 11-17 aprel tarixlərində keçiriləcək.
- İlk dəfə azərbaycanlı futzal hakimi final mərhələsində
- İsmail Yüksək üçün yüksək təkliflər: “Bayer”, “Ayntraxt", “Borussiya"...
- DÇ-2026: İran püşkatma mərasimindən imtina etdi
- Ermənistan millisinin baş məşqçisi istefa verdi
- UEFA-da Bobana vəzifə verildi – Zidan, Ançelotti, Mourinyo bir Şuraya yığıldı
0
0