Təmsilçilərimizdən 3 medal
27.09.2024 - 22:32
Stolüstü tennisçilərimiz Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində ilk mükafatlarını qazanıblar.
Apasport.az xəbər verir ki, Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi qarışıq qoşa yarışlarında etimadı doğruldub.
16 yaşlı idmançılarımız Batumidə keçirilən turnirdə U-19 yaş dərəcəsində üçüncü yeri tutublar. 13 yaşadək idmançıların şəxsi mübarizəsində isə Onur Quluzadə 1-ci, Yağmur Məmmədli 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, 11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.
- Əvəzedicilər Liqası: XXXVI turun oyun cədvəli
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- Boksçularımızın Paris-2024-dəki rəqibləri müəyyənləşib
- DÇ: "Bavariya"dan darmadağın, PSJ-dən inamlı qələbə - YENİLƏNİB
- Sərxan Hacıyev: “Ötən il Azərbaycan futbolu üçün uğurlarla yadda qaldı"
0
0