
Azərbaycan stolüstü tennisçiləri Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” turnirini 3 medalla başa vurublar.
Apasport.az xəbər verir ki, yarışın son günündə mübarizə aparan Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində gümüş mükafata sahib çıxıb.
Onur və koreyalı həmkarı Ma Yeongmin finalda Türkiyə idmançıları Kənan Kahraman və Görkem Ocala uduzaraq gümüş medalla kifayətləniblər.
Qeyd edək ki, bundan əvvəl Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc mükafata yiyələnmişdilər. Onur Quluzadə həmçinin Dohada təşkil olunan “WTT Youth Contender Doha 2025” turnirinin gümüş medalını qazanmışdı.
- Azərbaycan kubokunun keçiriləcəyi tarixlər bəlli olub
- Niderland çempionu: “Ayaks”la "Qarabağ" yerinə "Qəbələ" oynasaydı, matçı izləyərdim"
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- "Mançester Yunayted"in qış planları
- “Rakov”un qapıçısından etiraf: “Həyatımdakı ən çətin oyunlardan biri idi”