Universiadada növbəti medal
07.09.2025 - 23:51
Azərbaycan stolüstü tennisçiləri Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında 2-ci yerə layiq görülüblər.
Apasport.az xəbər verir ki, Zemfira Mikayılova-Ləman Abulhəmidova cütlüyü Universiadada gümüş medal qazanıb.
Komanda yarışlarında Qırğızıstan idmançılarına 3:0, Qazaxıstan təmsilçilərinə 3:1 hesabı ilə qalib gələn Mikayılova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzublar.
Qeyd edək ki, sayca üçüncü olan Universiadaya sentyabrın 9-da yekun vurulacaq.
- “Trabzonspor” yarımfinalın ilk matçında qalib gəlir
- Georgi Kondruseviç: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil"
- Millimizin futbolçusu Almaniya klubunun kapitanı oldu
- Murad Musayev: "Hansı klub mənə yaxın durar ki?" - Müsahibə
- Boksçularımız Monteneqroda beynəlxalq turnirdə mübarizə aparacaq
0
0