Dünya reytinq cədvəli açıqlandı - PARATAEKVONDOÇUMUZ ZİRVƏDƏ
24.10.2025 - 09:38
Dünya Parataekvondo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, Paralimpiya çempionumuz İmaməddin Xəlilov 662,85 xalla 70 kq çəki dərəcəsində liderliyini davam etdirir.
58 kq çəki dərəcəsində Paralimpiya Oyunlarının bürünc medalçısı, ötən ay Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov isə 356,66 xalla üçüncü pillədə qərarlaşıb.
Amin Şıxalıyev (63 kq) ötən reytinq cədvəli ilə müqayisədə 21,60 xalla iki pillə irəliləyərək 28-ci yerə yüksəlib, Orxan Cəfərov (80 kq) isə 24,74 xalla 30-cu pillədə qərarlaşıb.
- Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika
- AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etmədi
- Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ
- Haiti mundialla vidalaşdı - Qrupdan çıxmaq şansını itirdi
- Premyer Liqanın ən bahalı futbolçuları
0
0