Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 82 kq çəki dərəcəsində təmsilçimiz Eltac Qafarov yarımfinalda Qazaxıstan idmançısı Baurjan Xassenovla qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 1:2.
İdmançımız bürünc medal uğrunda mübarizəyə davam edəcək.
***
13:33
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 82 kq çəki dərəcəsində təmsilçimiz Eltac Qafarov 1/4 final mərhələsində Qırğızıstan təmsilçisi Abdulazim Abduraximovla qarşılaşıb.
Eltac rəqibini 2:0 məğlub edərək adını yarımfinala yazdırıb.
- "Napoli"dən Maksimenlə bağlı açıqlama: "Son dəqiqəyə qədər çalışdıq"
- Azərbaycan Qran-prisi üçün paddokun yenidən qurulmasına başlanıb
- Millimizin üzvü oynadı, komandası qələbə qazandı
- Böyük Britaniya qran-prisinin qalibi bəlli olub
- Mamadu Mboc: "Samir Abasov "Neftçi"yə gəlsə, hər şey dəyişəcək" - Müsahibə