Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən "Səmərqənd Open 2024" beynəlxalq turnirində 12 medal qazanıblar.
Apasport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) qızıl medala yiyələnib.
Nigar Useynova (U-30), Narin Həsənova (U-18), Zəhra İsayeva (42 kq), Vidadi Məmmədli (26 kq), Cahid İsmayılzadə (42 kq), Yusif Zeynallı (42 kq) isə gümüş medal əldə edib.
Fateh Sultanlı (38 kq), Aliyə Məmmədli (42 kq), Əkbər Tağıyev (24 kq), Mirzəli Uğur (40 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, komanda avqustun 16-18-də Özbəkistan təmsilçiləri ilə birgə təlim-məşq keçəcək.
- Minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov vəfat edib
- Sulşerli “Beşiktaş” “Atletik”i darmadağın edib - YENİLƏNİB
- Məşqçi meydana daxil oldu, rəqib futbolçuya hücum etdi - VİDEO
- Millimizin baş məşqçisi: "Hədəfimiz qrupda ilk iki yerdən birini tutmaqdır"