Taekvondo üzrə Azərbaycan milli komandalarının açıq dairəvi döyüş məşqləri keçiriləcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Hazırlıq prosesi mayın 31-də federasiyanın məşq zalında baş tutacaq. Kişi və qadın taekvondoçularımız ölkənin bütün rayon və klublarından olan idmançılarla sparrinqlərə çıxacaq.
Məşq xarakterli döyüşlərə 2010-cu il və yuxarı təvəllüdlü taekvondoçular qatıla bilər. 54 kq və yuxarı kişilər, 46 kq və yuxarı qadınlar millinin idmançıları ilə sınağa çıxmaq imkanı qazanacaq.
Qeyd edək ki, sparrinqlər saat 10:30-dan 12:30-dək davam edəcək.
- "Qəbələ" "Baku Sportinq"lə yoxlama oyunu keçirəcək
- Vüsal İsgəndərli: "Boluspor"da daha bir neçə azərbaycanlı futbolçunun olmasını istəyərdim" - Müsahibə
- İranlı hücumçu ilə növbəti danışıqlar
- Mahir Emreli: "Bu komandanın bir parçası olmaqdan qürur duyuram"
- Azərbaycan üçün UEFA reytinqində böyük qazanc - SİYAHI