Azərbaycan millisinin taekvondoçusu Cavad Ağayev Avropa çempionatını bürünc medalla başa vurub.
Apasport.az xəbər verir ki, 74 kq çəkidə mübarizə aparan idmançımız Serbiyanın paytaxtı Belqradda keçirilən yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, Nimrod Krivişski (İsrail), Sebastian Tune (Norveç) və Strainja Milinkoviçə (Serbiya) 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ağayev bu mərhələdə ispaniyalı Daniel Quesada ilə qarşılaşıb. Görüşdə rəqib 2:0 hesabı ilə qalib gəldiyindən taekvondoçumuz bürünc medala yiyələnib.
Qeyd edək ki, Ağayevdən öncə Qaşım Maqomedov (58 kq) da 3-cü yeri tutub.
- Premyer Liqa klubu Poçettino ilə danışıqlara başladı
- “Şəfa” rəsmisi: “Fuad Musayevin ailəsindən halallıq almışıq və artıq “ASK Arena”dayıq” - MÜSAHİBƏ
- İngiltərə Kuboku: “Liverpul” 1/4 finalda
- “Çökdü” deyilən İtaliya nəhəngləri necə ayağa qalxırlar? - TƏHLİL
- Aziz Yıldırım demişdi – “Fənərbaxça”da ayrılıq siqnalı