Türkiyənin Antalya şəhərində G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, mərasimdə Türkiyə Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən Azərbaycan Taekvondo Federasiyasına xatirə hədiyyəsi təqdim olunub.
Həmçinin yeniyetmələr yaş kateqoriyasında ölkəmizi təmsil edən “Kristal Abşeron” klubunun yetirməsi Ülvi Məmmədov (37 kq) gümüş medala layiq görülüb. Finala gedən yolda idmançımız 5 rəqibi üzərində qələbə qazanaraq həlledici qarşılaşmada türkiyəli taekvondoçuya məğlub olub.
Bu gün yarışda böyükyaşlı taekvondoçularımız mübarizəyə qoşulublar. Böyüklər arasında qarşılaşmalara sabah yekun vurulacaq.
Fevralın 13-14-də isə gənclər tatami üzərində mübarizə aparacaqlar.
- “Araz-Naxçıvan”ın kapitanı: “100-cü oyunumu keçirdiyimi bu gün dostlarımdan öyrəndim”
- “Zirə”dən tarixi rekord - ardıcıl 2 mükafat qazandı
- Qurban Qurbanov: "Beşiktaş" məsələsi daha az müzakirə olunsa, çox sevinərəm
- "Siti" "Barselona"ya 65 milyona futbolçu satmağa razıdır
- "Fənərbaxça"nın futbolçusu 2 həftə forma geyinə bilməyəcək