Stolüstü tennisçilərimiz Sarayevoya yollanıblar
21.04.2025 - 12:35
Stolüstü tennisçilərimiz Sarayevoya yollanıblar

Stolüstü tennisçilərimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, budəfəki yarışda seçmə komandanın 6 üzvü bacarığını göstərəcək.

Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, aprelin 22-də start veriləcək yarışa aprelin 25-də yekun vurulacaq.