Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başlanıb
19.04.2025 - 14:56
Bu gün veteran stolüstü tennisçilərin Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda kişilər 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş qrupunda, qadınlar isə 40-dan yuxarı yaş qrupunda mübarizə aparırlar.
Budəfəki çempionata 60-a yaxın iştirakçı qatılıb. Onlar həm şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçılar müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Azərbaycan çempionatına sabah yekun vurulacaq.
- U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
- Çempionlar Liqası: "Mançester Siti” və “Real” 1/4 finalda
- Stolüstü tennisçilərimiz Türkiyəyə yollanıblar
- Rauf Mehdiyev “Qarabağ”ın qapıçıları və məşqçiləri barədə: “... inanmıram”
- "Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
0
0