"Abşeron" "Gəncə"ni məğlub edib
15.02.2025 - 17:55

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, "Abşeron" səfərdə "Gəncə"nin qonağı olub.
Gəncə İdman Sarayında baş tutan qarşılaşma qonaqların 3:1 (23:25, 22:25, 25:22, 23:25) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qadınların Yüksək Liqasında XII turun oyunları fevralın 19-da və 22-də keçiriləcək.
0
0