Azərbaycan Voleybol Federasiyası (AVF) yerli məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verir.
Qurumdan apasport.az-a verilən məlumata görə, AVF bu dəfə mütəxəssislər üçün 1, 2 və 3-cü dərəcəli kurslar təşkil edəcək.
İlk kurs 9-12 avqust aralığında Qəbələ şəhərində baş tutacaq. Burada Oğuz Rayon Voleybol Klubunun tərkibinə daxil olan şəhər və rayonların məşqçi-müəllimləri iştirak edəcəklər. Kursda nəzəri və praktik dərslər olacaq. Sonda imtahanda uğur əldə edən mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Dərslər FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme tərəfindən keçiriləcək.
Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda işləyə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.
- Çingiz Hüseynzadə: "Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir"
- Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ
- Rahid Əmirquliyev: “Bu dəfə də favoritim Braziliyadır”
- Millimizin dünya çempionatına yollanacaq heyəti bəlli olub
- Azarkeşləri oturacaqları sındırdı, AFFA “Kəpəz”i cəzalandırdı