Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Tovuz Regional Voleybol Klubunun üzvləri ilə görüşüb.
Apasport.az xəbər verir ki, AVF rəhbəri bölgədə voleybolun inkişafı ilə tanış olub, mövcud infrastruktur və perspektivlər barədə geniş müzakirələr aparıb.
Görüş zamanı klub üzvlərinin fəaliyyəti ilə yaxından tanış olan Bağırov onların hazırlıq səviyyəsi, məşq şəraiti və idman nailiyyətləri ilə maraqlanıb, həmçinin gənc voleybolçulara tövsiyələrini verib.
O, bölgələrdə idmanın inkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, AVF tərəfindən bu sahəyə daim diqqət və dəstəyin göstəriləcəyini qeyd edib.
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
- İdmançılarımız İtaliyada keçirilən Dünya Kubokunda iştirak ediblər
- Suvaqçı, süd satan və sevincli günündə anasını itirən “Traktor” - ULDUZLAR
- “Yunayted” Kamerun millisinin üzvünü istəyir
- Ən yaxşı braziliyalı futbolçu müəyyənləşdi