
Avropa Voleybol Konfederasiyasının (CEV) AVRO-2026 üzrə Təşkilat Komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan “İnfort” şirkətinin əməkdaşları Azərbaycanda səfərdə olublar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Səfər qadınlar arasında qitə çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədi daşıyıb. Qonaqlar qarşılaşmaların keçiriləcəyi Milli Gimnastika Arenasına və voleybolçuların yerləşdiriləcəyi otellərə baxış keçirib, həmçinin bir sıra digər təşkilati məsələlər müzakirə ediblər.
Qeyd edək ki, AVRO-2026-da qitənin 24 komandası dörd qrupda mübarizə aparacaq. Ölkəmiz 2026-cı il avqustun 21-dən sentyabrın 6-dək baş tutacaq turnirin bir qrupuna ev sahibliyi edəcək. Bu matçlar Bakıda Milli Gimnastika Arenasında təşkil olunacaq. Digər qruplara Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.
- Rahid Əmirquliyev: “Premyer Liqada qalıb, kuboku da ala bilsəydik, çox yaxşı olardı” - MÜSAHİBƏ
- PSJ Donnarumanı əvəzləyə bilər
- III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib
- İrəvanda mükafat qazanan idmançı: “Hər iki ölkəni çox yaxşı təmsil etdiyimizi düşünürəm”
- "Kəpəz" "Sabah"ı məğlub etdi - YENİLƏNİB