Azərbaycan çempionatında 3-cü dövrə başlayır
29.01.2024 - 13:47
Sabah qadın voleybolçular arasında Azərbaycan çempionatında 3-cü dövrə başlayır
Apasport.az xəbər verir ki, 11-ci turun matçları yanvarın 30-31-də keçiriləcək.
İlk yarış günündə “Milli Aviasiya Akademiyası” və “Gəncə” qarşılaşacaq. Görüş saat 15:00-da start götürəcək. Günün digər matçı saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” arasında keçiriləcək. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Ertəsi gün isə “Azərreyl” UNEC-i sınağa çəkəcək. Matç saat 18:00-da UNEC-in idman zalında keçiriləcək.
- Cüdo hakimləri üçün növbəti praktiki seminar təşkil olunub
- “Qarabağ”ın “Viktoriya” ilə oyunlarının başlama saatı açıqlandı
- Qurban Qurbanov: “Dedi ki, xahiş edirəm, bircə dəfə çempion olun”
- Danimarkalı futbolçu: "İnanmıram ki, Bakıda saat fərqi bizə təsir etsin"
- DÇ matçında qəribə hadisə: Meydanda su borusu partladı
0
0