Azərbaycan çempionatında növbəti turun proqramı açıqlanıb
16.01.2025 - 10:19

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı bəlli olub.
Apasport.az xəbər verir ki, VI turun oyunları yanvarın 17-si və 18-də keçiriləcək.
İlk gündə, saat 16:00-da MOİK - “Murov Az Terminal”, 18:00-da "Azərreyl" - "Neftçi" maçları baş tutacaq. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.
Yanvarın 18-də, saat 18:00-da isə "Xilasedici" və "Gənclər" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında gerçəkləşəcək.
- Qurban Qurbanov: "Dəyişiklik üçün hücumda oyunçu azdır"
- "Səbail" və "Kəpəz"dən qolsuz bərabərlik- YENİLƏNİB
- İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu seçildi
- Murad Musayev: “Krasnodar”da rublla alırdım, Azərbaycanda dollarla”
- Azərbaycan çempionatında ilk yarımfinalçılar müəyyənləşdi
0
0