“Rabitə” ilə Azərbaycan çempionu titulu qazanan amerikalı voleybolçu Kimberli Qlass vətənində xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, 38 yaşlı veteran hücumçu Los-Ancelesdə bomj tərəfindən döyülüb.
Qlassın sözlərinə görə, səfil həyatı sürən bir nəfər qəfil ona yaxınlaşıb və dəmir parçası ilə döyməyə başlayıb. Nəticədə hazırda modellik edən tanınmış voleybolçunun üz sümüklərində sınıqlar əmələ gəlib, sifəti göyərib. Kimberli bomjdan yaxınlıqdan keçən insanlar tərəfindən xilas edilib. Səfil isə polislər tərəfindən saxlanılıb.
_1657618770.jpg)
Qeyd edək ki, sabiq 4-cü zona oyunçusu 2011-ci və 2012-ci ildə Azərbaycan çempionu olub. ABŞ millisinin heyətində Pekin-2008-in finalçısı həmçinin “Rabitə” ilə klublararası dünya çempionatının qızıl medalına yiyələnib.
- III MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artıb
- Yığmamız dünya reytinqinə qayıtdı - 13 aylıq həsrətə son
- Yüksək Liqada yeni mövsümün başlayacağı tarix bəlli olub
- Messinin komandasını darmadağın etdilər
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib