Kişi voleybolçular arasında Azərbaycan çempionu “Murov” avrokuboklardakı növbəti oyunlarını da evdə keçirəcək.
Apasport.az saytının məlumatına görə, Çelenc kubokunda mübarizə aparan təmsilçimiz 1/16 final mərhələsində Avstriyanın “Qrats” klubu ilə öz meydanında görüşəcək.
Qarşılıqlı razılığa əsasən hər iki görüş Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq. Noyabrın 8-dəki ilk matçda meydan sahibi avstriyalılar olacaq. Ertəsi gün keçiriləcək cavab görüşündə “Murov” rəqibini qəbul edəcək. Komandalar ilk oyuna saat 19:00-da, ertəsi gün isə saat 18:00-da çıxacaq.
Qeyd edək ki, “Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə də iki dəfə Bakıda qarşılaşıb. Təmsilçimiz bu matçlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.
- Qurban Qurbanov: "Bura müdafiə olunmağa gəlməmişik" - MÜSAHİBƏ
- Yay Olimpiya Oyunları: İdmançılarımızın bugünkü proqramı başa çatıb
- Mərakeşin baş məşqçisi: "Daha güclü geri qayıtmalıyıq"
- Azərbaycan milliləri dünya çempionatına hazırdır
- Millimizin üzvü: “Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”