Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
08.07.2026 - 12:03
Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək

Azərbaycanı voleybol üzrə avrokubokların 2026/2027 mövsümündə dörd komanda təmsil edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yeni mövsümdə Avropa arenasında iki qadın və iki kişi komandamız mübarizə aparacaq.

Son ölkə çempionları "Turan" və "Xilasedici" klubları Çempionlar Liqasında çıxış edəcəklər. Çempionatın gümüş mükafatçıları "DH Volley" və "Ordu" komandaları isə Çelenc Kubokunda uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də onlayn formatda keçiriləcək.