Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyununa təyinat alıb
11.07.2025 - 15:27
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov voleybol üzrə kişi komandaları arasında Avropa çempionatının seçmə oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, o, avqustun 13-də Türkiyə və Danimarka yığmaları arasında Malatyada keçiriləcək matçda hakimlik edəcək.
Qarşılaşmanın digər hakimi isə yunanıstanlı Vasileos Vasiliadis olacaq.
Qeyd edək ki, seçmə mərhələnin ilk dövrəsindən sonra danimarkalılar öz qruplarında turnir cədvəlinə başçılıq edirlər, Türkiyə komandası isə sonuncu pillədə qərarlaşıb.
- Yunan idmançının qanında dopinq aşkarlanıb
- Orxan Əliyev: "Avrokubokdan danışmaq üçün hələ tezdir" - Müsahibə
- Rəşad Əzizli: “Milliyə dəvət edilməsəm də, heç vaxt həvəsdən düşməmişəm” – Müsahibə
- "Barselona" "Yuventus"un futbolçusunu istəyir
- “Formula 1” üzrə Azərbaycan Qran-Prisinə könüllülərin qeydiyyatı başlayıb
0
0