Azərbaycanlı hakim ÇL matçında
05.01.2025 - 15:07

Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Zülfüqarov bu il ilk təyinatını alıb.
Apasport.az xəbər verir ki, o, qadın voleybolçular arasında Çempionlar Liqası qrup mərhələsinin son turu çərçivəsində Türkiyənin “Eczacıbaşı” ilə Fransanın “Levallua” klublarının görüşündə hakimlik edəcək.
Oyun yanvarın 22-də İstanbulda keçiriləcək. Qarşılaşmanın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.
Bu, Zülfüqarov üçün cari mövsümdə Çempionlar Liqasında üçüncü təyinatdır.
Qeyd edək ki, “Eczacıbaşı” pley-offa vəsiqəni təmin edib, “Levallua” isə qrupda sonuncudur.
- "Braqa"nın futbolçusu: "Mərhələni keçmək istəyirik"
- Çempionlar Liqası: Son iki vəsiqə sahibini tapacaq
- "Qəbələ" "Araz-Naxçıvan"ı məğlub etdi
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
- "Qarabağ"ın legioneri Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
0
0