Beynəlxalq dərəcəli voleybol hakimlərimiz növbəti təyinat alıblar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb. Təmsilçimiz A qrupunda yer alan “Ziraat Bank ANKARA” (Türkiyə) və “Grupa Azoty KĘDZIERZYN-KOŹLE” (Polşa) komandalarının matçında birinci hakim olacaq. Qarşılaşma bu gün saat 21:00-da başlayacaq.
Həmyerlimiz Fuad Ağayev bu gün CEV kubokunun 1/8 final mərhələsinin matçını idarə edəcək. O, qadın voleybolçulardan ibarət Serbiyanın “Zeleznicar LAJKOVAC” və İtaliyanın “Reale Mutua Fenera CHIERI’76” klublarının qarşılaşmasında ikinci hakim olacaq.
Noyabrın 30-da isə Zaur Hacıyev qadın voleybolçular arasında Çelenc kubokunun 1/8 final mərhələsində “Qalatasaray Daikin ISTANBUL” (Türkiyə) – “VC WIESBADEN”(Almaniya) qarşılaşmasında birinci hakim olacaq.
- Neymar üçün qrup mərhələsi bitdi
- Qurban Qurbanov: “Hər səhvə görə istənilən futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər” - MÜSAHİBƏ
- Taleh Nəsibov: “İstədik ki, Çempionlar Liqası kubokunu ölkəmizə gətirsin”
- Azərbaycan birinciliyinin komanda yarışlarına yekun vuruldu
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarına hakim təyinatları bəlli olub