Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün növbəti avrokubok oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş medalçısı Çelenc kubokunun 1/16 final mərhələsinin cavab matçına çıxıb.
Eldar Yusubovun baş məşqçisi olduğu komanda Almaniyada yerli “Zul”la üz-üzə gəlib. Dünən bu rəqibə 1:3 hesabı ilə uduzan təmsilçimiz bu dəfə 0:3 uduzub və 1/8 finala çıxmaq şansını itirib. Bununla da Azərbaycanın avrokuboklardakı bütün təmsilçiləri mübarizəni dayandırıb.
Çelenc kuboku, qadınlar
1/16 final, cavab oyunu
15 dekabr
22:00. “Zul” (Almaniya) – “Azərreyl” (Azərbaycan) - 3:0 (25:15, 25:17, 25:9)
Türinqen Voleybol Arena
İlk oyun – 3:1 (25:15, 23:25, 25:20, 25:16)
- Kolumbiya - Qana: DÇ-2026-da daha bir 1/16 final cütü bəlli oldu
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Omoniya"nın baş məşqçisi: "Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha layiq idik"
- Hidayət Heydərov reytinq cədvəlinə liderlik edir
- 3 güləşçimiz dünya çempionatının finalında