Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər
09.09.2025 - 15:03
Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız 18 yaşlıların (U-18) Avropa çempionatında güclərini sınayacaqlar.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi İtaliyanın Corigliano Rossano şəhərinə yola düşüblər.
Bu barədə Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
11-14 sentyabr tarixlərində baş tutacaq çempionatda ölkəmiz bir qız (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və bir oğlan (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.
- “Vulverhempton” Kunyanın qiymətini təyin etdi
- “Kəpəz”in kapitanı: “Neftçi” ilə matçdakı ilk qələbədən sonra demişdim ki…”
- İtaliya millisinin AVRO-2024 üçün yekun heyəti açıqlandı
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- "Fənərbaxça"da növbəti problem - Livakoviç sıradan çıxdı
0
0