“Gəncə” evdə xalsız qaldı
22.02.2025 - 16:57

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son oyun günündə 1 matç baş tutub.
“Gəncə” “Milli Aviasiya Akademiyası” ilə qarşılaşıb. Gəncə İdman Sarayında keçirilən matçda qonaq komanda qalib gəlib – 3:1.
Yüksək Liqa (qadınlar)
XII tur
22 fevral
14:30. “Gəncə” - “Milli Aviasiya Akademiyası” - 1:3 (14:25, 16:25, 25:23, 17:25)
0
0