"Gəncə" klubu heyətini yeni voleybolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "sarı-göylər" bolqarıstanlı Nikol Duleva ilə 1 illik müqavilə imzalayıb.
Oyunçu 2023/2024-cü illər mövsümünü İsveçrənin VFM komandasında keçirib. O, Fransanın "Stella Calais", "Romans", "Vandoeuvre Nancy", ölkəsinin isə "Kazanlak" və "Rakovski" klublarının da şərəfini qoruyub.
"Gəncə" bunadək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova və braziliyalı Kerolayn Ferreira Perottonu heyətinə qatıb.
- “Barselona” "Nou Kamp"da oynamayacaq - SƏBƏB
- "Sumqayıt" Konfrans Liqasında mübarizəni dayandırıb
- İqor Bişçan Mahirin qələbədəki rolundan danışdı
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb