Millimiz ilk qələbəsini qazandı
                    
                    30.09.2025 - 20:17
                        
                    
                    Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.
Apasport.az xəbər verir ki, A qrupunda yer alan kişilərdən ibarət Azərbaycan millisi Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.
Günün digər oyununda A qrupunda mübarizə aparan Rusiya Özbəkistandan üstün olub – 3:1.
Xatırladaq ki, dünən qadınlardan Azərbaycan voleybol millisi Tacikistana qalib gəlmişdi – 3:0.
                                
                                0
                                
                                0