Kişi voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün təsnifat mərhələsində çıxışını davam etdirir.
Apasport.az saytının məlumatına görə, komandamız bu gün ikinci oyununu keçirib.
A qrupunda qərarlaşan Pərviz Səmədovun yetirmələri II turda Türkiyə ilə üz-üzə gəlib. Bakıdakı Voleybol Mərkəzində baş tutan matçda komandamız yenə xalsız qalıb. Yığmamız hər üç setdə rəqibinə məğlub olub.
AVRO-2023-ün təsnifat mərhələsi
A qrupu
6 avqust
18:00 Azərbaycan – Türkiyə - 0:3 (11:25, 20:25, 16:25)
Bakı. Voleybol Mərkəzi
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyununda Danimarkaya 1:3 hesabı ilə uduzub. Komandamız növbəti matçlarını avqustun 17-də İstanbulda Türkiyəyə, 20-də isə Middelfartda Danimarkaya qarşı keçirəcək.
- PFL Bilik Gününə həsr olunmuş sosial layihə həyata keçirib
- İki futbolçu təcavüzə görə saxlanılıb
- Şotlandiyalı azarkeş açılış matçı üçün 1600 kilometr məsafə qət edib
- Canni de Byazi: “İndi qol vurmağa, nəticə qazanmağa başlamalıyıq” - MÜSAHİBƏ
- Klublararası DÇ-nin yeni kuboku ictimaiyyətə təqdim olundu