
Bu gün kişi voleyboçuların Yüksək Liqalarında üçüncü yer uğrunda oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, "Xilasedici" "Neftçi" ilə qarşılaşıb.
Komanda "ağ-qaralar"a 3:0 hesabı ilə qalib gəlib. Bu komandaların ikinci oyunu sabah keçiriləcək.
Qeyd edək ki, reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.
Yüksək Liqa
20 aprel
Kişilər (birinci oyun)
17:00. "Neftçi" - "Xilasedici" - 0:3 (20:25, 22:25,17:25)
GİN-in Voleybol Mərkəzi
Qeyd edək ki, iki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.