Paris-2024: İtaliya qələbə ilə başladı
28.07.2024 - 13:23
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları çərçivəsində qadınlar arasında ilk voleybol matçı oynanıb.
Apasport.az xəbər verir ki, görüşdə İtaliya və Dominikan Respublikası milliləri üz-üzə gəlib.
"South Park Arena"da baş tutan qarşılaşma İtaliyanın 3:1 (25-19; 24-26; 25:21; 25-18) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, matçın ən məshuldar oyunçusu 25 xalla İtaliya millisinin üzvü Paola Eqonu olub.
- “Osasuna”nın danışılmış oyunlarda iştirakı sübut olunsa...
- Ermənistanın təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərin SİYAHISI
- III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Azərbaycanda
- "Fənərbaxça" - "Zenit" matçında "rəhbərlik istefa" şüarları
- "Sabah" evdə 30-cu dəfə məğlub oldu
0
0