Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
17.06.2026 - 12:40
Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər

Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Gümüş Avropa Liqasında mübarizəni davam etdirirlər.

Apasport.az xəbər verir ki, qadınlardan ibarət yığmamız üçüncü turun oyunlarını Şimali Makedoniyanın Strumitsa şəhərində keçirəcək. Komandamız bu mərhələdə İsrail və İsveçrə milliləri ilə qarşılaşacaq.

Kişilərdən ibarət milli komandamız isə Avropa Liqasının ilkin mərhələsinin son turunda Bakıda mübarizə aparacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyunlarda yığmamız Macarıstan və Portuqaliya milliləri ilə üz-üzə gələcək.

İki turdan sonra qadın millimiz iki qələbə ilə altı xal toplayıb. Kişilərdən ibarət yığma komandamızın isə qələbəsi və xalı yoxdur.

Qeyd edək ki, Gümüş Avropa Liqasında üçüncü turun oyunları 19-21 iyun tarixlərində keçiriləcək.

Qadınlar
19-21 iyun 2026 (Şimali Makedoniya)
19.06.2026. 20:00. Azərbaycan - İsrail
20.06.2026. 20:00. İsveçrə - Azərbaycan
21.06.2026. 20:00. İsrail - İsveçrə
Şimali Makedoniya (Strumitsa)

Kişilər
19-21 iyun 2026 (Azərbaycan)
19.06.2026. 18:00. Macarıstan - Azərbaycan
20.06.2026. 18:00. Portuqaliya - Macarıstan
21.06.2026. 18:00. Azərbaycan - Portuqaliya
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi