Voleybol Federasiyası nümayəndələri 3 rayona səfər etdilər
05.02.2024 - 11:33
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.
Apasport.az xəbər verir ki, AVF nümayəndələri seleksiya tədbirləri çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında səfərdə olublar.
Mütəxəssislər bu rayonlarda yerləşən orta məktəblərdə olub, həmçinin voleybol məşqlərində iştirak ediblər. Onlar uşaqlara voleybol haqqında ətraflı məlumatlar verib, bu idman növünün ölkəmizdə inkişafından danışıblar.
Federasiya nümayəndələri müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatını aparıblar.
- Blind van Qaalın xərçənglə mübarizəsindən danışdı: "Ona görə qalib gəlmək istəyirik"
- Vinçenzo Montella: "Sona qədər komanda ruhunu əks etdirdik"
- Rüfət Abbasov “Neftçi” yolunda: ”Şamaxı”dan ayrıldı
- Çerçesov Qazaxıstandan əli dolu getdi
- Murad Musayev: "Keçən ilki "Sabah"ı unutmaq lazımdır. Artıq o "Sabah" olmayacaq... "
0
0