"Xilasedici" ölkə kubokunun qalibi olub
04.11.2024 - 18:21
Voleybol üzrə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan Azərbaycan kubokunun ilk qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, kişi voleybolçular arasında keçirilən yarışın finalənda "Azərreyl" "Xilasedici" ilə qarşılaşıb.
Hər 3 setdə rəqibini məğlub edən "Xilasedici" inamlı qələbə qazanıb – 3:0 (25:18,25:21,25:23). Komanda bununla da, Azərbaycan kubokunun qalibi olub.
Qeyd edək ki, günün ikinci qarşılaşmasında qadın voleybolçular qalibi müəyyənləşdirəcəklər. Finalda "Gəncə" və "Abşeron" üz-üzə gələcək.
- Ronaldodan növbəti rekord
- "Sabah"ın baş məşqçisi: "Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır"
- “Turan Tovuz” liderlə xal fərqini minimuma endirdi - YENİLƏNİB
- Vasili Berezutski: “Bilmək olmaz Premyer Liqanın intensivliyinə dözər, ya yox”
- Millimiz Sloveniyada ardıcıl ikinci qələbəsini qazanıb
0
0